Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
Azərbaycan həmkarlar ittifaqlarının tarixi

   Həmkarlar ittifaqları ilk dəfə olaraq XVIII əsrin 2-ci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafıə etmək və sosial statusunu qorumaq üçün birləşmiş yüksək ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana qəlmişdir. Sonralar bu qurum XlXəsr ərzində Avropanın inkişaf etmiş ölkələrində və Amerikada yaranmışdır.  XlX əsrin sonunda istehsalat sahələri həmkarlar ittifaqları, Milli həmkarlar ittifaqları mərkəzləri meydana qəlmişdi. Bunlardan ən qədimi 1868-ci ildə formalaşmış Britaniya tred-yunionçılarının konqresidir. Həmkarlar ıttifaqlarının sosial bazası qetdikcə qenişləməyə başlayır.  Belə ki, natamam ixtisaslı və qeyri ixtisaslı işçiləri birləşdirən təşkilatlar meydana gəldikcə. həmkarlar ittifaqları istehsal sahələrində yaranır, öz sıralarına fıziki əmək adamlarını cəllə edirlər.
   XIX əsrin əvvələrində həmkarlar ittifaqlarının beynəlxalq federasiyaları yaranmağa başlayır. Rusiyada ilk dəfə 1905-ci ildə yaranmış həmkarlar təşkilatlarının ardınca Hİ Azərbaycanda da meydana qəlmişdir.
1905-ci ildə Bakıda da ilk həmkarlar təşkilatı meydana qəlir. l905-ci il oktyabrın 17-də Bakıda konka fəhlə və qulluqçularının Hİ fəaliyyətə başladı. Həmin ilin noyabrında mətbəə işçiləri Hİ-nın əsası qoyuldu. l905-ci ildə mühəndis və texniklərin, həkimlərin, müəlliınlərin vəkillərin siyası Hİ yarandı. Bu dövrdə kontor qulluqçuları, şəhər, mədən qulluqçuları, ticarət gəmiçiliyi qulluqçılarının xırda Hİ da mövcud idi.                                              
   Azərbaycanda 1905-ci ilin sonunda Bakıda "İttifaqların ittifaqı bürosu”    yaradılmışdı. 1906-cı ilin yanvar-fevral aylarında Bakı şəhəri və onun rayonlarının kontor qulluqçularının Hİ və gəmi mexaniklərinin cəmiyyəti fəaliyyətə başladı.                                              
    1906-ci il martın 4-də Hİ haqqında xüsusi qanun -"Ticarət və sənaye müəssisplərində şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda "-qəbul etmişdi.  Bu qanun Hİ və cəmiyyətlərə, onların mzamnamələri müəssisə  rəhbərliyi tərəfındən qeydiyyata alınmaq şərtilə leqal fəaliyyat qöstəırmək hüququ verildi.
   1906-ci il avqustun 18-də Balaxanı fəhlələrinin təşəbbüs qrupu Bakı şəhəri-və onun rayonlarinin  neft sənayesi fəhlələrinin həmkarlar cəmiyyətinin yaradılması barədə nizamnamə və təqdimatla  Bakı şəhəri qeneral qubernatoruna müraciət etdilər.                                      
   1906-cı ilin oktyabrında Xatisovun emalatxanaları ərazisində (indiki Suraxanı rayonunda) Neft sənayesi fəhlələri Hİ-nın Nizamnaməsinin birinci paraqrafında cəmiyyətin üzvliyinə ancaq fəhlələrin daxil ola bilməsi, Nizamnamənin qeydlərində isə sahibkarlar və mədən-zavod idarəçiliyinin üzvlərinin cəmiyyətin üzvləri sırasına daxil edilə bilməməsi qeyd olunmuşdu.  Hl istehsalat prinsipi üzrə qurulurdu. Onun üzvü milliyyətdən və ixtisasından asılı olmayaraq ittifaqa daxil olarkən 50 qəpik məbləğində üzvlük haqqı ödəyən və bundan əlavə hər ay cəmiyyətin xeyrinə əmək haqqının 2 faizini keçirən hər bir neftçi-fəhlə ola bilərdi. 1908-ci ildə üzvlük haqqı 2 faızdən 1-ə endirilmişdi. Ümumiyyətlə, 1906-cı ilin sonlarında Bakida 18-20 Hİ-ı var idi.  
     24 mart 1917-ci ildə Bakıda elektriklərin Hİ təşkil edildi.
     Azərbaycanda Sovet Hİ-nın yaradılmasına 1920-ci ilin mayında başlandı. 1920-ci iyunun 5-də Hİ-nın təşkilatı cəhətdən yenidən qurulması nəticəsində 24 Hİ yaradıldı.  Azərbaycan  Hİ Ümümrusiya Hİ-ri Mərkəzi Şurasının (ÜRHİMŞ) müəyyən etdiyi sxemə uyqun olaraq istehsalat  prinsipi üzrə yaradılırdı. 1920-ci il iyunun 30-da keçirilən Hİ-nin  birinci Ümumbakı konfransında onların vahid təşkilat şəklində birləşməsi prosesi  başa çatdı. Konfrasda vahid respublika mərkəzi Hİ-rı orqanı olan Azərbaycan Hİ-n Şurası- AHİŞ  yaradildi.
   1920-ci ilin avqust-sentyabr aylarında AHİŞ-ın birinci qurultayı keçirildi.      Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ictimai həyatın bütün sahələrində olduğu kimi Hİ-nin işində xeyli dəyişiklik baş vermiş, onların fəaliyyətində demokratik və aşkarlıq  prinsipləri daha qeniş tətbiq olunmağa başlamışdır.
    1931-ci ildə Azərbaycan elektrik stansiyaları və elektrik sənayesi fəhlələri Hİ Respublika Komitəsi yaradılmışdır.
   5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Hİ-ri keçirilmiş birinci qurultayında HİŞurası özünü buraxaraq səlahiyyətlərini Konfedarativ tipli Azərbaycan Həmkarlar İttifaqlari  Konfederasiyasına (AHİK) verdi.
AHİK-in 26 may 1993-cü ildə qeydiyyata alınmış, 5 fevral 2003-cü ildə keçirilmiş AHİK-in ikinci qurultayında yeni redaksiyada qəbul  edilmiş Nizamnaməsində deyilir: “Azərbaycan Həmkarlar İttifaqlari  Konfederasiyası həmkarlar ittifaqlari  uzvlərinin və digər işçilərin iqtisadi sosial, huquqi, mənəvi mənafelərinin mudafiəsini  və Naxçıvan Muxtar Respulikasının sahələrarası birliklərinin könüllü ittifaqidır”
   Azərbayjan Həmkarlar İttifaqları Konfederasiyası vəzifə borclarından biri kimi digər ölkələrlə, o cümlədən, dünyanın ən nüfuzlu həmkarlar birliyi sayılan Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası (BAHİK) ilə sıx əməkdaşlıq edir. BAHİK-ə üzv olmaq ərəfəsindədir.
 BAHİK-in əsas vəzifəsi beynəlxalq həmrəylik, işçilərin və həmkarlar ittifaqlarının müdafiəsidir. O, dünyanın təqribən 152 ölkəsindən 160 milyon həmkarlar üzvünü birləşdirir. 1949-ju ildə yaradılıb, mənzil qərargahı Brüssel şəhərində yerləşir. Ali orqanı konqresdir, bütün üzv təşkilatlar (onların sayı 165-dir) konqresdə təmsil olunur. BAHİK dünya həmkarların ən böyük ijtimai qrumudur. Beynəlxalq Əmək Təşkilatı ilə sıx əlaqədə fəaliyyət göstərir.
    Beynəlxalq Əmək Təşkilatı 1919-ju ildə yaradılıb. Azərbayjan müstəqil dövlət kimi 1992-ji ilin may ayından bu təşkilatın üzvüdür. BƏT dünyada sülh, sosial ədalət prinsiplərin qorunması kimi mühüm vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd qoyub. BƏT-də təmsil olunan ölkələr üçtərəfli (tripatizm) sistemə əsaslanır. Yəni, BƏT-in Nizamnaməsinə görə konvensiya, tövsiyə və digər aktlar üzv ölkənin hökuməti, işverən və həmkarlar təşkilatlar təşkilatları səs verdikdən sonra qəbul olunur. Nizamnamədə həmçinin göstərilir ki, BƏT-in ildə bir dəfə çağırılan konqresində bu üçlükdən biri iştirak etmirsə, həmin ölkənin səsvermə hüququ itirilmiş sayılır.
    BƏT 1919-ju ildən başlayaraq bu ilədək 171 konvensiya və 178 tövsiyə qəbul etmişdir. Həmin konvensiyalardan 57-sini Azərbayjan Milli Məjlisi parfalamışdır, yəni, ratifikasiya etmişdir. Bu, BƏT-in üzvü olan ölkələr içərisində orta göstəriji sayılır.
 BƏT-in qəbul etdiyi konvensiyaları öz ölkəsi üçün parfalayan dövlətlərdə həmin sənədlər hüquqi sənəd səjiyyəsi daşıyır.
   Qəbul olunan konvensiya və tövsiyələrin böyük əksəriyyəti bilavasitə əməkçilərin əmək, sosial-məişət, iş istirahət və digər hüquqları ilə olduğundan respublikanın həmkarlar ittifaqı işçiləri üçün həmin sənədlərlə tanışlığı və onlardan istifadə  etməyi lazımlı bilirik.
 BƏT-in konvensiyaları ilə tanış olarkən nəzərə alın ki, konvensiyada işlədilən «əməkçilərin birliyi» ifadələri bilavasitə həmkarlar təşkilatına aiddir. Belə ki, BƏT-in üzvü olan ölkələrdə «həmkarlar» sözü müxtəlif formada işləndiyindən «əməkçilərin birliyi» kimi anlaşılmalıdır.
    Hazırda inkişaf etmiş dövlətlərin böyük əksəriyyətində əməkçilərin əmək, istirahət, iş vaxtının müəyyən edilməsi və başqa bu kimi hüquqlarının qorunmasında BƏT-in konvensiyalarından çox geniş istifadə olunur.

 

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az