Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
16.05.2013
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar ilk həmkarlar ittifaqı təşkilatlarında dəyirmi masalar, yığıncaqlar, iməciliklər və idman yarışları keçirilmiş, ulu öndərin abidəsi ziyarət edilmişdir.
   Bu münasibətlə Azərbaycan İstilik Elektrik Stansiyasında "Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir", Şirvan İstilik Elektrik Stansiyasında, Şirvan Regional Elektrik Şəbəkəsində, Səngəçal Elektrik Stansiyasında və Enerjisistemin İdarəetmə Vasitələr Şəbəkəsində "Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji siyasətinin yaradıcısıdır", Şəki Elektrik Stansiyasında "Qəlbləri fəth edən lider" mövzularında konfrans keçirilmişdir.
   "Azərenerji" ASC-nin müəssisələri arasında əməyin mühafizəsinə dair keçirilən baxış-müsabiqədə qalib olmuş müəssisələrə Respublika Komitəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.
   Qələbə günü münasibətilə ilk təşkilatlarda müharibə veteranları ilə görüşlər keçirilmiş, onlara hədiyyələr təqdim edilmişdir.

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az