Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
30.12.2013
   Respublika Komitəsinin III Plenumu keçirilmişdir. Plenumda gənclərlə işin təşkili, onların əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsi müzakirə edilmişdir. Respublika Komitəsinin II Plenumdan sonrakı dövrdə fəaliyyəti haqqında məlumat dinlənilmiş və Respublika Komitəsinin 2014-cü il üçün büdcəsi təsdiq edilmişdir.
   Sahə həmkarlar ittifaqının kadr və fəalları üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə seminar keçirilmişdir.
   "Azərenerji" ASC-də struktur dəyişiklikləri ilə əlaqədar yeni yaradılmış "Qəbələ Regional Elektrik Şəbəkəsi" MMC-də isə təsis Konfransı keçirilmişdir. Konfransda Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının tərkibi seçilmişdir.
   Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə müəssisə və təşkilatlarda bayram şənlikləri keçirilmiş, Kollektiv Saziş və Müqavilələrə uyğun olaraq işəgötürən tərəfindən işçilərə mükafatların verilmiş, aztəminatlı və şəhid ailələrinə köməklik göstərilmişdir.
   Sahə həmkarlar ittifaqının idman komandaları AHITA tərəfindən keçirilən V Respublika Spartakiadası yarışlarında iştirak etmişdir.

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az