Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
20.10.2014
   20 oktyabr "Energetiklər Günü" peşə bayramıdır.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən hər il oktyabrın 20-si Azərbaycan Respublikasında "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur.
   Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı adından bütün energetikləri peşə bayramı münasibətilə ürəkdən təbrik edirik.
    Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlar, iqtisadiyyatımızda dinamik inkişafın təmin edilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi sosial siyasət strategiyasının nəticəsidir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın daha da qüdrətlənməsi, regionda və dünyada layiq olduğu yerinin və rolunun möhkəmləndirməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Azərbaycanın mövcud iqtisadi potensialından xalqımızın maraqlarına uyğun istifadə edilməsi öz nəticəsini verməkdədir. Bütün sahələrdə sıçrayışlı inkişaf təmin edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, Azərbaycanın energetika sistemi də regionun ən güclü və inkişaf etmiş sisteminə çevrilməkdədir. Yeni stansiyalar və yarımstansiyalar inşa olunur, uzun müddət fəaliyyətdə olan müəssisələrdə yenidənqurma və təmir işləri aparılır. Bu həm yeni güclərin işə salınması, eyni zamanda yeni müasir iş yerlərinin açılması deməkdir.
   Sahə həmkarlar ittifaqı energetiklərə işlərində müvəffəqiyyətlər arzulayır, can sağlığı və peşə bayramında xoş əhval-ruhiyyə diləyir.

Əməli işıqlı insanlar  ( "Ülfət"  qəzeti, 18 oktyabr 2014-cü il )

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az