Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
22.12.2014
   Dekabrın 22-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin geniş tərkibdə IV Plenumu keçirilmişdir.
    Plenumun gündəliyində əsas məsələ "Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti" olmuşdur. Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin sədr müavini, baş texniki əmək müfəttişi Nazim Babayevin məruzəsi dinlənildi. Məsələ ətrafında müzakirələrdə Azərbaycan İstilik Elektrik Stansiyasının HİK-in sədri Fariz Məhərrəmov, Abşeron Regional Elektrik Şəbəkəsinin HİK-in sədri Eldar Ocaqquliyev, Şirvan Regional Elektrik Şəbəkəsinin HİK-in sədri Afət Nəcəfov, Sumqayıt Texnologiyalar Parkının HİK-in sədri Zülfüqar Aslanov, Şahdağ Elektrik Stansiyasının HİK-in sədri Rauf Minhacov və başqaları çıxış etmişlər.
   Çıxışlarda bildirilmişdir ki, xüsusən son illərdə işçilərin təhlükəsizliyinə, əməyin mühafizəsinə dair aparılan profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində müəssisə və təşkilatlarında bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması istiqamətində müəyyən işlər görülür.
   Enerjisistemdə istismarda olan elektrik avadanlıqlarının mürəkkəbliyini, onların dəqiq idarəetmə tələblərini nəzərə alaraq, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə, texniki təhlükəsizliyə, işçilər üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına xüsusi fikir verilir.
    Mütəmadi olaraq təhlükəsizlik texnikası günlərinin keçirilməsi, işçilərin əmək və istehsalat intizamının yüksəldilməsi, onların kollektiv və fərdi mühafizə vasitələri ilə, xüsusi geyimlə, yanğına qarşı mühafizə vasitələri ilə təmin edilməsi, cari təlimatların yerinə yetirilməsi, əməliyyat və növbətçi heyətin iş rejiminin tənzimlənməsi, iş yerlərinin sanitar-gigiyena tələblərinə uyğunlaşdırılması və sairə tədbirlərin həyata keçirilməsi istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün əsas amillərdir.
   Eyni zamanda müəssisə və təşkilatlarda bədbəxt hadisənin tədqiqatı aparılır, baş vermə şəraiti və səbəbləri təhlil olunur, işçi heyəti ilə müzakirə edilərək, oxşar hadisələrin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.
   Plenumda qeyd edilmişdir ki, Sahə həmkarlar ittifaqı əməyin mühafizəsi sahəsində qanunvericiliyə, qaydalara və normalara riayət edilməsi üzərində ictimai nəzarəti gücləndirməli, bu işdə sosial tərəfdaşlar ilə sıx əməkdaşlıq etməli və prinsipial mövqe tutmalıdır.
    Plenum məsələ ilə bağlı müvafiq qərar qəbul etmişdir.
   Sonra Respublika Komitəsinin III Plenumdan sonrakı fəaliyyəti haqqında məlumat dinlənildi, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının 2015-ci il üçün büdcəsi təsdiq olundu.
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov Plenumda çıxış etmişdir.

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az