Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
12.12.2016

     Dekabrın 9-da Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Plenumu keçirilmişdir.

   Plenumun gündəliyində əsas məsələ "Sahə həmkarlar ittifaqının əhatə etdiyi müəssisələrdə əməyin mühafizəsinin vəziyyəti və qarşıda duran vəzifələr" olmuşdur. Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin baş texniki əmək müfəttişi Nazim Babayevin məruzəsi dinlənildi. Məsələ ətrafında müzakirələrdə Azərbaycan İstilik Elektrik Stansiyasının HİK-in sədri Fariz Məhərrəmov, Abşeron Regional Elektrik Şəbəkəsinin HİK-in sədri Eldar Ocaqquliyev, Şahdağ Elektrik Stansiyasının HİK-in sədri Rauf Minhacov, Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin HİK-in sədri Vüsət Cəfərov, Sumqayıt Texnologiyalar Parkının HİK-in sədri Zülfüqar Aslanov və başqaları çıxış etmişlər.

   Plenum məsələ ilə bağlı qərar qəbul etmişdir.

   Plenumda 2017-ci ildə Sahə həmkarlar ittifaqında hesabat-seçki kampaniyasının keçirilməsi haqqında məsələ müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

   Sonra Respublika Komitəsinin V Plenumdan sonrakı fəaliyyəti haqqında məlumat dinlənildi, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının 2017-cı il üçün büdcəsi təsdiq olundu.

Sahə həmkarlar ittifaqında hesabat-seçki kampaniyasının keçirilməsi haqqında Respublika Komitəsinin VI Plenumunun qərarı

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az